AZ

Haqqımızda

“Carsan” zavodu 2017-ci ildə yüksək təzyiqə davamlı polietilen boruların istehsalçısı kimi fəaliyyətə başlamışdır.

Qısa müddət ərzində zavod yerli və regional bazarların yüksək keyfiyyətli məhsullarla təmin edilməsi sahəsində təcrübə toplamışdır.

Bu gün “Carsan” zavodu bir çox dövlət və mülki layihələrində: magistral su xətləri, suvarma və qaz xətlərində uğurla istifadə olunan borular istehsal edir.

2019-cu ildə kompozit fiberqlas armatur istehsalında ixtisaslaşmış ikinci fabrik qurduq. Bu sənayenin perspektivlərini nəzərə alaraq, 2020-ci ildə kompozit tikinti materialları istehsalını genişləndirdik. Hazırda şirkətimiz kompozit konstruksiyaların möhkəmləndirilməsi üçün istifadə olunan kompozit armatur, kompozit toru və əyilmiş elementlər üçün istehsal xətlərinə malikdir.

Şirkətimiz kompozit armatur və polietilen borular sənayesində, sürətlə inkişafına və yenilik etməyə davam edir. Artan tələbə və dəyişən bazar ehtiyaclarına cavab olaraq daim yeni texnologiyalar tətbiq edir və istehsal proseslərini inkişaf etdiririk.

Bu gün yalnız standart ölçülər və konfiqurasiyalar deyil, həm də müştərilərimizə layihələri üçün ən uyğun həlləri seçməyə imkan verən kompozit armatur və polietilen borular kateqoriyasında müxtəlif məhsullar təklif edirik. Ən mürəkkəb və texniki layihələrin belə tələblərinə cavab vermək üçün mühəndis dizaynına və müxtəlif həllərin inkişafına xüsusi diqqət yetiririk.

Biz tikinti və kənd təsərrüfatı sahəsində nailiyyətlərlə fəxr edir və bundan sonra da inkişaf etməyə çalışırıq. Yerli bazarı keyfiyyətli tikinti materialları ilə təmin etmək üçün istehsalımız hər gün genişlənir.

Tərəfdaşlarımız

Bizim missiyamız

Bizim missiyamız daim təkmilləşməyə və optimal nəticələrə nail olmaqdır.

Məqsədimiz kompozit armatur və polietilen borular bazarında müştərilərimizin ehtiyaclarını ödəmək və uzunmüddətli tərəfdaşlıq qurmaqdır. Tərəfdaşlarımız üçün ən yüksək keyfiyyətə malik innovativ materiallar istehsal edirik. 

Azərbaycanda müasir texnoloji nailiyyətlərdən istifadə edərək, həm tikinti, həm də kənd təsərrüfatı sahələrinin inkişaf dinamikasını artırırıq. Yenilik etmək və prosesləri yaxşılaşdırmaq istəyimiz bu əsas sektorların yüksəldilməsinə, davamlı böyümə və rifahın təmin olunmasına töhfə verir.

Sertifikatlar

Uyğunluq sertifikatı

Sənədləri haqqında alınması bildiriş

CARSAN MMC HDPE 100 BORU, UYĞUNLUQ SERTİFİKATI

Kompozit cubuq sertifikatı

Kompozit setkalar sertifikatı

Sertifikat Carsan HDPE QAZ