Home » Məhsullar » Kompozit məhsullar istehsalı

Kompozit məhsullar istehsalı

Şüşə lif

Daha ətraflı

Dolanmış kompozit elementlər

Daha ətraflı

Fiberglas armatur

Daha ətraflı

Fiberglas plastik tor (kompozit)

Daha ətraflı

Şüşə-lif bərkdilmiş plastik tor (kompozit):

Yüngül kompozit şüşə-plastik tor epoksi qətran və şüşə-lif əsasında istehsal olunur, metaldan daha yüngül və istifadəsi rahatdır. Tez-tez istifadə olunan tikinti materialıdır. Torun özü bir – biri ilə bərkidilmiş, hər növ mexaniki və kimyəvi təsirlərə davamlı torcuqlar yaradır. Kvadratın minimum ölçüsü 50×50 mm-dir, lakin daha böyük də istehsal olunur. Kompozit tor adətən rulonlarda və ya plitə (təbəqə) şəklində istehsal olunur. Torun genişliyi 1.2 m-ə qədər, uzunluğu istənilən ölçüdə ola bilər.

Kompozit torların istifadəsi çatlaqların meydana gəlməsini yarıya endirir. Yolların, kərpic və daş binaların, hər növ döşəmələrin tikintisində, eləcə də beton döşəmələr töküldükdə geniş istifadə olunur. Yüksək temperatur və həddindən artıq rütubət metal materiallardan fərqli olaraq şüşə-lif və ya bazalt tor üçün fərq etmir.

Kompozit torun üstünlükləri:

  • Davamlılıq;
  • Xüsusi çəkisi aşağı;
  • İstilik keçirmir;
  • Xlor ionlarına və turşularına qarşı həssaslıq;
  • Dartılma gücü poladdan 4 dəfə çoxdur;
  • Betonun yüksək dərəcədə yapışması;
  • Maqnetik və radio sahələrə şəffaflıq;
  • Dielektrik (keçirici olmayan).
POLAD ARMATUR A-III (A400C) SINFI ŞÜŞƏ-PLASTİK ARMATUR
Diametr, mm Çəki, kq Tondakı metrlərin sayı Diametr, mm Çəki, kq Tondakı metrlərin sayı
6 0,22 4505 4 0,027 37037
8 0,40 2532 6 0,042 23810
10 0,62 1621 8 0,084 11905
12 0,89 1126 8 0,084 11905
14 1,21 826 10 0,138 7264
16 1,58 633 12 0,190 5263
18 2,00 500 14 0,260 3846
20 2,47 405 16 0,360 2778
22 2,98 336 18 0,474 2110
25 3,85 260 20 0,600 1667

Kompozit armaturun yaranma tarixi

Kompozit materiallardan hazırlanmış armaturlar, onların inkişafı və  SSRİ-də tətbiqetmə tarixi.

Qeyri-metal armaturlara ilk böyük maraq hələ 20-ci əsrin ortalarında aşağıdakı səbəblərə görə meydana gəldi:

– Dəmir-beton konstruksiyalar aqressiv mühitlərdə istifadəsi lazım olan ciddi konstruksiyalarda geniş tətbiq olunmağa başladı. Belə şəraitdə polad armaturların istismarı zamanı tələb olunan korroziyaya davamlılığını qorumaq çətin idi.

– Bir çox məhsulun və vacib konstruksiyaların lazımi anti-maqnit və dielektrik xüsusiyyətlərini təmin etməyə ehtiyac yarandı. Məsələn, MRT quraşdırılan  tibbi yardım mərkəzləri və elmi-tədqiqat institutları.

– Öz mürəkkəbliyi və yüksək texnoloji cəhəti ilə seçilən inşaat layihələrinin işlənməsi, qurğuların yüksək möhkəmliyini və yüngüllüyünü tələb edir. Bu şərtləri yalnız  polimerbeton və fibrobeton adı ilə tanınan, yüksək möhkəmliyə malik betonla birlikdə kompozit armatur təmin edə bilərdi.

– Polada daim artan tələbatı ödəmək üçün uyğun olan filiz mədənlərinin kifayət qədər olmaması və legirlənmiş ərinti qarışıqlarının çatışmazlığı.

Diametri 6 mm olan kompozit armaturun istehsalı üçün ilk fasiləsiz texnologiya SSRİ-də 70-ci illərdə hazırlanmışdı. O zamanlar armaturlar aşağı sirkonyum tərkibli davamlı qələvi şüşəlifdən hazırlanırdı. Onun mexaniki və fiziki xassələri diqqətlə araşdırılmış və öyrənilmişdi.

Qeyri-metal armaturda daşıyıcı baza (özül) kimi əvvəlcə diametri 10-15 mikron olan tam qələviyə davamlı şüşə lifdən istifadə olunurdu ki, bu lif dəstəsi də sintetik qatranın köməyi ilə monolit çubuq (mil) şəklində birləşdirilirdi.

Müxtəlif aqressiv mühitlərdə betonda şüşəlifin (fiberglas) və armaturun davamlılığı, kimyəvi cəhətdən dayanıqlığı diqqətlə öyrənilirdi. Daha sonra şüşəlifdən (şüşəplastikdən) aşağıdakı göstəriciləri olan armaturu əldə etmək imkanı yarandı:

– 1500 MPa-ya qədər – qırılmağa qarşı müvəqqəti müqavimət,

– 50000 MPa – elastikliyin ilk modulu,

– 1,8-2 t / m3 – sıxlıq (şüşəlifin çəkisi 80% təşkil edir),

– işçi diaqramda qırılma anına qədər düzxətli dartılma göstərildiyi zaman son hədd deformasiya 2,5-3% -ə çatır;

– normal temperatur və rütubət şəraitində armaturun uzunmüddətli möhkəmliyi 65% təşkil edir,

– 5.5-6.5 * 10-6 – xətti genişlənmə əmsalı.

Statik yüklərin təsiri altında, təqdim olunan armaturla qabaqcadan gərginləşdirilmiş əyilən elementlər tədqiq olunurdu. Armaturun hazırlanması üzrə texnoloji qaydalar işlənmiş və qeyri-metal armaturlu betondan hazırlanan konstruksiyanın layihələndirilməsi üzrə təkliflər tərtib edilmiş və onların istifadə sahələri qeyd olunmuşdu.

Elektrik ötürücü xətt dayaqlarının (ЛЭП ) elektrik izolyasiya traverslərinin sınaq nümunələri hazırlanmış, işlənən nümunələr Rusiya, Belarusiya və digər keçmiş Sovet respublikalarının eksperimental elektrik ötürücü xətt sahələrində  quraşdırılmışdı.

Kontakt şəbəkə dayaqlarında və təzyiqli borularda şüşəlifdən hazırlanan armaturun istifadə olunması üzrə tədqiqatlar aparılmışdı.

Şüşəlif armaturdan əlvan metallurgiya müəssisələrinin elektroliz sexlərinin polimerbeton vannalarında, kimya sənayesinin istehsal müəssisələrində, mineral gübrə anbarlarının baza və dam örtüyü plitələrində geniş tətbiq olunudu. Lakin o dövrdə zavod istehsalı miqyasında şüşəlif armaturlarını tam ölçüdə tətbiq etmək mümkün olmadı.

Qeyri-metal armatur 20-ci əsrin 70-ci illərində yüngül beton konstruksiyalarda, elektroliz vannalarında, fundamentlərdə (təməllərdə), svaylarda, estakadaların tir və rigellərində,

yamac (maili) fiksasiya lövhələrində, kondensator batareyalarının dayaq qurğularında və izolyasıyası olmayan traverslərdə geniş tətbiq olunurdu.

1976-cı ildə Roqaçev və Çerven şəhərləri yaxınlığında iki sürüşən (hərəkət edən) anbar inşa edildi. Üst kəmər tağlarının maili elementləri diametri  6 mm olan qabaqcadan  gərginləşdirilmiş  şüşəlif armaturları ilə möhkəmləndirilmiş və gücləndirilmişdi. Çubuqlar (millər) elementlərin seçilmiş alt lövhəsində, en kəsiyinin hər biri 10×18 mm olan iki pazda yerləşirdi. Elementlərin dayaqyanı səthləri qalınlığı 20 mm olan taxta lövhələrlə gücləndirilmişdi.

Gücləndirilmiş daşıyıcı elementlərdə taxtaya qənaət 22 % təşkil etdi ki, bunun da sayəsində  konstruksiyanın dəyəri 9% aşağı düşdü, daha önəmlisi konstruksiyanın çəkisi 20% azaldı. Bütün binanın dəyəri eyni tutumlu analoq anbarlarla müqayisədə 1,7 dəfə azaldı.
Şüşəlif armaturlu FAM polimerbeton örtüklərin hazırlandığı yerlərdə əsasən plitələr uzununa istiqamətdə diametri 6 mm olan qabaqcadan gərginləşdirilmiş  şüşəplastikdən hazırlanan çubuqlarla, eninə istiqamətdə isə qabaqcadan gərginləşdirmə olmadan hazırlanan çubuqlarla gücləndirilir. Rəflərin paylayıcı armaturları da həmçinin başlanğıc gərginlik olmadan hazırlanır. Bu proses sayəsində plitənin hər kvadrat metrinə sərf edilən xərclərin azalması hesabına çox böyük səmərə əldə edilmişdi.

1969-cu ildə LEP-10 kV və LEP-35 kV elektrik ötürmə qurğuları üçün elektrik izolyasiya edən traverslər işlənmiş və tədqiq edilmişdi. Şüşəplastik beton traversli LEP-10 kV qurğusunun təcrübədən keçirilməsi üçün ilk istismar sahəsi 1970-ci ildə Kostroma şəhəri yaxınlığında istifadəyə verilmişdi. Elektrik izolyasiya edici şüşəplastik beton traversli LEP-35 kV qurğusunun təcrübədən keçirilməsi üçün sahə 1972-ci ildə Stavropolda istismara verilmişdi. Traversin konstruksiyası  dəmir-beton dayağının yuxarı hissəsinə (təpəsinə) qısqaclarla (xomutlarla) bərkidilən, boltlarla polad lövhəyə bağlanmış üç ədəd qabaqcadan gərginləşdirilmiş şüşəplastik beton çubuqlara əsaslanırdı.

İki ədəd LEP-10 kV-lik elektrik ötürücü xətlərinin sınaqdan keçirilməsi üçün sahələr 1975-ci ildə Qrodno və Soliqors şəhərləri yaxınlığında istismar edilməyə başladı.  Traversin üçşüalı yığma konstruksiyası iki düzxətli, qabaqcadan gərginləşdirilmiş şüşəplastik beton elementdən ibarət idi: üfüqi elementdə iki xətt (məftil) yerləşdirilir, şaquli elementin başında isə üçüncü məftil bərkidilirdi. Travers yığımının elektrik ötürücü xəttinin dəmir-beton dayağına bərkidilməsi üçün polad qısqaclardan istifadə edilirdi. Traverslər xüsusi elektrik izolyasiya edən betondan hazırlanmışdı.  Armaturun tərkibində hər elementdə diametri 6 mm olmaqla dörd çubuq var idi.

Əvvəlcədən diametri 6 mm-lik şüşə plastik armaturla gücləndirilmiş beton polimerdən hazırlanan LEP 0,4 və 10 kV-lik sınaq dayaqların traverslərlərin sahələri 1979-cu ildə Batumi şəhəri ətrafında istifadəyə verilmişdi.

Ust-Kamenogorsk şəhərində əlvan metallurgiya kombinatında FAM polimer betonundan hazırlanan qabaqcadan gərginləşdirilmiş elektroliz vannalarının istehsalı uğurla mənimsənilmişdi. Elektroliz vannaları diametri 6 mm olan şüşəplastik çubuqlarla (liflərlə) gücləndirilmişdi. Belə vannaların qabarit ölçüləri divarının qalınlığı 100 mm və hündürlüyü 1650 mm olmaqla planda 1080×2300 mm ölçülmüşdü. Plana görə, vannaların divarları və dibi cüt (ikiqat) simmetrik çubuqlarla gücləndirilməli idi və çubuqların addımı 200 mm təşkil edirdi.

1975-ci ildə, dünyada o zamanlar ilk olaraq 9 metr uzunluğunda yapışdırılmış taxta körpünün inşası başa çatdı. Layihə Xabarovsk şəhərindəki Politexnik İnstitutunun “Körpülər və Tunellər” kafedrası tərəfindən hazırlandı. Eninə kəsiyi 20×60 sm olan körpü tirləri küknar ağacından hazırlanmış və bu tirlər hər birinin diametri 4 mm olan 4 ədəd şüşəplastik çubuqla gücləndirilmişdi. Altı ədəd 45 nömrəli ikitavrlı metal tirlər körpünün aşırım quruluşunu təşkil edirdi və bu tirlər  qabaqcadan gərginləşdirilmiş, diametri 6 mm olan  12 ədəd kompozit çubuqla gücləndirilmişdi.  Monolit dəmir-beton plitə sayəsində tirlər asanlıqla birləşdirildi. Ən uzun aşırımın uzunluğu 12 m-dir.
1989-cu ildə  Xabarovsk vilayətində şüşəplastik armatur əsaslı bir körpü inşa edildi. Uzunluğu 15 m olan aşırımlı qurğuda eninə kəsikdə 5 ədəd qabırğalı tir quraşdırılmışdı. Tirlərin armaturla gücləndirilməsi kombinə edilmiş şəkildə yerinə yetirilmiş, onlarda başlanğıc gərginliklər dörd bağlama hesabına həyata keçirilmişdi. Hər bağlama diametri 6 mm olan 24 ədəd şüşəplastik çubuqdan və bir ədəd tipik polad məftil bağlamasından ibarət idi. Tirləri  A-I və A-II siniflərinə aid qabaqcadan gərginləşdirilməyən armaturlarla gücləndirirdilər və bu metodu dəyişdirməməyə qərar verdilər.

BIZIM ÜSTÜNLÜKLƏRIMIZ


İstehlakçını 100% keyfiyyətli məhsulla təmin edirik

Ölkənin hər yerinə çatdırılmanı reallaşdırırıq

Layihədə satıcı kimi yox, əməkdaş kimi iştirak edirik

Rəsmi möhürlü zəmanət veririk.

Ünvan

H.Z Tağıyev qəs.,

Bakı-Quba yolu, 42 + 200 km

Zəng edin

+994702592255 – Satış şöbəsi

+994125104721, +994125104722 – Ofis

@ Carsan 2021. Bütün hüqüqlar qorunur