Home » Məhsullar » Polietilen məhsullar istehsalı

Polietilen məhsullar istehsalı

Polietilen borular

Daha ətraflı

Polimer istehsalı:

Polimer materiallar – monomerlərdən, oliqomerlərdən, polimerlərdən onların hazırlanması zamanı və ya müxtəlif komponentlərin (inqrediyentlərin) məmulatının tərtib edilməsi prosesində istər materiala, istərsə də ondan məmulatın xassələrinin məqsədyönlü verilməsi üçün alınan müəyyən tərkibdən ibarətdir.

HDPE (ПНД- aşağı təzyiqli polietilen) bu gün

Bu gün boru kəmərlərinin yarısından çoxu plastik borulardan hazırlanır, ona görə də son zamanlara qədər qaz, su və istilik təchizatı boru kəmərlərinin yalnız metal və beton borulardan ibarət olduğuna inanmaq çətindir. Bu, həyatımızda polietilenin yayılması sayəsində mümkün oldu.

Polietilen 50-ci illərin sonu və 60-cı illərin əvvəllərində məlum oldu. Zaman keçdikcə mütəxəssislər anladılar ki, polimer unikal (misilsiz) bir maddədir, çünki onun texniki xüsusiyyətləri tamamilə fərqlidir və bununla yanaşı keyfiyyətli məhsullar istehsal etməyə imkan verir. Lakin ilk molekulyar polietilen bu gün sahib olduğu keyfiyyətlərə sahib deyildi – qısaömürlü və xarici təsirlərə qarşı dayanıqsız idi. Buna görə onu yalnız az yüklənmiş soyuq su boru xətləri üçün istifadə edirdilər. Bununla birlikdə, kimyəvi və termiki emallar materialın keyfiyyətini yeni bir səviyyəyə qaldırdı.

Daha sonra polimerdən bu gün bizə məlum olan materialları hazırlamağa başladılar: aşağı təzyiqli (HDPE) və yüksək təzyiqli (HDPE) polietilen, polipropilen, polivinilxlorid (PVC). Bu materiallar polietilen boruların istehsalında əsas komponentə çevrildi. Belə borular korroziyaya davamlı, insanlar və ətraf mühit üçün daha ekoloji və təhlükəsiz, nəqli asan və istifadəsi daha sadə idi. Bundan əlavə, bu cür boruları bir-birinə birləşdirmək daha asan idi və bu səbəbdən də daha çox hermetikdi.

Bu gün HDPE və PVC borularının heç bir bənd üzrə – qiymət, keyfiyyət, etibarlılıq, praktiklik və davamlılıq baxımından rəqabəti yoxdur. Xidmət (servis), məhsulun keyfiyyəti və optimal qiymətlər baxımından da bizim rəqibimiz yoxdur! Biz HƏR müştəriyə şadıq. Siz əməkdaşlığımızın bütün aspektlərindən razı qalacaqsınız!

BIZIM ÜSTÜNLÜKLƏRIMIZ


İstehlakçını 100% keyfiyyətli məhsulla təmin edirik

Ölkənin hər yerinə çatdırılmanı reallaşdırırıq

Layihədə satıcı kimi yox, əməkdaş kimi iştirak edirik

Rəsmi möhürlü zəmanət veririk.

Ünvan

H.Z Tağıyev qəs.,

Bakı-Quba yolu, 42 + 200 km

Zəng edin

+994702592255 – Satış şöbəsi

+994125104721, +994125104722 – Ofis

@ Carsan 2021. Bütün hüqüqlar qorunur