AZ

Məhsullarımız

Biz, "Carsan" şirkətinin komandası, istehsalımızda polimerlər və kompozit materiallar sahəsində ən son elmi və texniki yenilikləri fəal şəkildə tətbiq edirik. Azərbaycanda fabrikimiz polipropilen qoruyucu təbəqə ilə polietilen boruların istehsalı texnologiyasının istifadəsində öncüldür. Bu texnologiya, xəndəyi doldurarkən incə qumdan istifadə edilməməsi, daşınma və montaj zamanı borunun zədələnmə riskini azaltmaq və xüsusən də açıq havada istifadə edildiyi təqdirdə borunun ömrünü artırmaq kimi bir sıra üstünlüklər verir.

“Carsan” fabriki ISO 9001 standartına uyğun tikilib və biz öz işimizdə onun prinsiplərini tətbiq edirik. Bu beynəlxalq keyfiyyət standartı bizim fəaliyyətimizin əsasını təşkil edərək istehsalın yüksək səviyyədə inkişafını və məhsulların beynəlxalq standartlara uyğunluğunu təmin edir.

Fabrikamız Almaniyanın dünyaca məşhur "Krauss Maffei" şirkətinin qabaqcıl istehsal xətləri ilə təchiz edilib. Bu, vaxtı optimallaşdırmağa və hər hansı texniki tələbi yerinə yetirərkən yüksək keyfiyyətli boru istehsalına imkan verir.

Polipropilen qoruyucu təbəqə olan polietilen borulardan başqa, digər polimer və kompozit məhsullarının istehsalını da həyata keçiririk. Komandamız müxtəlif sənaye və layihələr üçün geniş çeşidli həllər təqdim etməyə imkan verən bu materiallar sahəsində zəngin təcrübəyə və biliyə malikdir. Xüsusi texniki sifarişləri yerinə yetirməyə və müştərilərimizin tələblərinə cavab verən yüksək keyfiyyətli polimer məhsulları təqdim etməyə hazırıq.

Polipropilen qoruyucu təbəqə ilə
polietilen borunun üstünlükləri

Uzun xidmət müddəti - ən azı 50 il

Daşınma və montaj vaxtı borunun zədələnmə ehtimalı sıfıra enir

Boru açıq havada istifadə olunan halda istismar müddətini ən azı 2 dəfə artırır